Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana 19 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
İrandan Azərbaycana 19 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

Noyabr ayının 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında sərhəd zastavasının ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram (10 kq 500 qr marixuana, 3 kq 750 qr metamfetamin, 4 kq 550 qr heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax