Operativ Məlumat Mərkəzi

İrandan 53 kq narkotiki Azərbaycana keçirməyə cəhd göstərən şəxslər saxlanılıb - FOTO

2 dəq
Paylaş:
İrandan 53 kq narkotiki Azərbaycana keçirməyə cəhd göstərən şəxslər saxlanılıb - FOTO

Aprelin 22-də Dövlət Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Respublikası istiqamətində keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha!” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində "54-BK-650" dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Mehrəliyev Namik Hamil oğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax