Əsas məzmuna keç

İranda səkkiz nəfər edam olunub

İranda səkkiz nəfər edam olunub

İranın Şiraz və Kərəc şəhərlərində həbsxanalarda cəza çəkən səkkiz məhbus barəsində edam icra olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “RadioFarda” yayıb.

Bildirilib ki, son sutka ərzində Şirazdakı və Kərəcdək Qızılhasar həbsxanalarında “ maddələrin qanunsuz dövriyyəsi” və “qəsdən adam öldürmək” maddələrində olunan səkkiz nəfər barəsində ölüm hökmü icra olunub.

Mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatının hesabatına əsasən, 2024-cü ilin altı ayı ərzində İranda azı 249 nəfər edam olunub, onların 147-si narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…