Operativ Məlumat Mərkəzi

İranda məhkəmə binasına silahlı hücum nəticəsində 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2

2 dəq
Paylaş:
İranda məhkəmə binasına silahlı hücum nəticəsində 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2

İranın Sistan- əyalətinin Zahidan şəhərində binasına silahlı hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim news” agentliyi məlumat yayıb.

Bundan başqa, 22 nəfərin yaralandığı bildirilir.

Həlak olan və yaralananların əksəriyyəti mülki şəxslərdir, onların arasında bir qadın və bir uşaq da var.

***

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi məlumat yayıb.

Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İranın qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib.

Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Döyüş bir neçə saat davam edib.

***

İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Azad Iran” kanalına istinadən xəbər verir ki, bir neçə silahlı şəxs binaya soxulub.

Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var.

bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar.

Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax