Operativ Məlumat Mərkəzi

İranda avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

2 dəq
Paylaş:
İranda avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

İranın Fars əyalətində şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Abed məlumat verib.

"Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb", - onun sözləri IRNA agentliyinin kanalında qeyd edilib.

M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.

***

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər olub, 15 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.

"Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", - onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax