Operativ Məlumat Mərkəzi

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi iki nəfərdə 6 kq marixuana aşkarlanıb

1 dəq
Paylaş:
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi iki nəfərdə 6 kq marixuana aşkarlanıb

Biləsuvar rayonu şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Cəbrayıl Rayon Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən, məhkum olunmuşlar Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar.

Onlara məxsus vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax