Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran rəsmiləri Dohada: ABŞ ilə mümkün razılaşma müzakirə olunur

1 dəq
Paylaş:
İran rəsmiləri Dohada: ABŞ ilə mümkün razılaşma müzakirə olunur

İran Parlamentinin sədri Bağır Qalibaf və naziri Abbas Əraqçi Dohaya səfər ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, İran rəsmilərinin səfərinin əsas məqsədi Qətərin ilə mümkün ABŞ–İran razılaşmasını müzakirə etməkdir. Bildirilir ki, tərəflər regiondakı müharibənin dayandırılması istiqamətində diplomatik variantları nəzərdən keçirirlər.

Mənbənin sözlərinə görə, görüşdə həm regional məsələləri, həm də Tehran və Vaşinqton arasında mümkün anlaşmanın perspektivləri müzakirə olunur.

Hələlik nə İran, nə də Qətər tərəfi görüşün detalları ilə bağlı verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax