Operativ Məlumat Mərkəzi

İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB

2 dəq
Paylaş:
İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB

İran Prezidenti İbrahim Rəisini daşıyan sərt eniş edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

16:51 ***

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, “ helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax