Operativ Məlumat Mərkəzi

İran ABŞ seçkilərinə müdaxilə iddialarını bir daha rədd edib

1 dəq
Paylaş:
İran ABŞ seçkilərinə müdaxilə iddialarını bir daha rədd edib

İranın Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi Tehranın seçkilərinə müdaxilə etməsi ilə bağlı dəfələrlə səsləndirilən iddialara reaksiya verib və Vaşinqton administrasiyasından iddialarla bağlı sənədləri təqdim etməsini istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" İran Xəbər Agentliyinə (İSNA) istinadən xəbər verir ki, məsələ ilə bağlı nümayəndəlikdən yazılı açıqlama verilib.

Bəyanatda deyilir: "Daha əvvəl də qeyd etdiyimiz kimi, İranın ABŞ-dakı seçkilərinə müdaxilə etmək niyyəti və ya fikri yoxdur. ABŞ hökuməti iddiasında haqlıdırsa, sənədlərini bizə təqdim etməlidir ki, onlar bizim cavabımızı ala bilsinlər".

Sözügedən iddiaların “əsassız” olduğu qeyd edilib.

Bu yaxınlarda ABŞ-da prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın komandası İranı onların kampaniyasına kiberhücum etməkdə edib. Bundan sonra da oxşar ittiham təkrarlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax