Operativ Məlumat Mərkəzi

İordaniya mətbuatı Azərbaycanın mina problemindən yazıb

2 dəq
Paylaş:
İordaniya mətbuatı Azərbaycanın mina problemindən yazıb

Xarici İşlər Nazirliyinin 4 Aprel - Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatı İordaniya mediasında işıqlandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən Azərtac-a bildiriblər ki, bu ölkənin geniş oxucu kütləsinə malik “alordoon.com”, “nayrouz.com”, “orobanews.com”, “johinanews.com” və “nbnjo.com” xəbər portalları həmin bəyanatı dərc ediblər.

Bəyanatda Azərbaycan ərazilərinin tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən çəkdiyi, mina təhdidinin davam etdiyi, müharibədən sonra baş verən mina partlayışları zamanı ümumilikdə 350 azərbaycanlının mina qurbanına çevrildiyi, onlardan 50-si mülki şəxs, 15-i hərbi qulluqçu olmaqla, 65 nəfərin həyatını itirdiyi vurğulanıb. Eyni zamanda, mina hadisələrinin əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdiyi məkanlarda baş verməsinin Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyinin sübutu, bunun da öz növbəsində İrəvan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlüyün növbəti təzahürü olduğu diqqətə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax