Operativ Məlumat Mərkəzi

İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə növbəti yardım göndərilib

2 dəq
Paylaş:
İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə növbəti yardım göndərilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, qardaş Türkiyədə baş vermiş...

Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş zəlzələdən zərərçəkənlərə məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM "a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb.

Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax