Əsas məzmuna keç

İlham Əliyev Vuçiç ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Vuçiç ilə görüşüb - YENİLƏNİB

görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarışlılıqlı səfərlərdə intensivlik qeyd edildi....

İlham Əliyev noyabrın 11-də Serbiya Prezidenti Vuçiç ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə arasında ikitərəfli münasibətlərdən məmnunluq ifadə olundu, yüksək səviyyəli qarışlılıqlı səfərlərdə intensivlik qeyd edildi. Beynəlxalq təşkilatlarda , həmçinin, sənaye, infrastruktur, sərmayələr, bərpaolunan enerji sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycana qarşı koordinasiya olunmuş media hücumlarının təşkil edildiyini vurğuladı.

Serbiyada dəmiryolu vağzalında stansiya binasında baş vermiş qəzada insanların həlak olması ilə bağlı başsağlığını çatdırdı.

Serbiya Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…