Operativ Məlumat Mərkəzi

İlham Əliyev və Paşinyan sərhəddə görüşəcək? - DEPUTATDAN AÇIQLAMA

5 dəq
Paylaş:
İlham Əliyev və Paşinyan sərhəddə görüşəcək? - DEPUTATDAN AÇIQLAMA

Şənbə günü Ermənistanın Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirdi ki, İlham Əliyevlə - sərhədində görüş keçirməyə hazırdır. Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir.

“Biz bütün beynəlxalq tərəfdaşlarımızın Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün səylərini yüksək qiymətləndiririk. Artıq uzun müddətdir ki, Azərbaycanla ikili formatda iş aparılır. Bu format özünün effektivliyini göstərib”, - o deyib.

N.Paşinyan qeyd edib ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinə də son zamanı deyib.

Xatırladaq ki, Putin Azərbaycana rəsmi səfərindən sonra Paşinyan ilə telefon danışıqları apararaq Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər. Hətta Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini də müzakirə edib. V.Putin bu yaxınlarda Azərbaycanda dövlət səfərində olarkən Ermənistanın baş naziri ilə əlaqə saxlayacağını, Bakıda aparılan danışıqların nəticələri barədə ona məlumat verəcəyini bildirib. Eyni zamanda Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin irəlilədilməsi, habelə nəqliyyat və logistika kommunikasiyalarının açılmasına bundan sonra da yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Putin və Paşinyan arasındakı danışıqlardan dərhal sonra Paşinyanın səsləndirdiyi fikirlər bir sıra suallar doğurur. Dəfələrlə ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı Paşinyana təkliflər etdi. Paşinyan isə təkidlə bu təklifi rədd edib, görüşün üçüncü tərəfin, yəni Fransanın zəmanəti ilə keçirilməsini istədi. Belə olduğu təqdirdə Putin və Paşinyan arasında olan telefon danışığı bu məsələni necə həll etdi? Paşinyanın Azərbaycan prezidenti ilə sərhəddə görüşməsini təklif etməsi nədən xəbər verir?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Paşinyan sülh danışıqlarını manipulasiya edir və siyasi populizm ilə məşğul olur:

“Vəziyyətə uyğun olaraq müxtəlif manevrlər edərək sülhün əldə olunmasını uzatmağa çalışır. Müharibədən ötən 4 il müddətində biz gördük ki, Ermənistanın niyyəti sülh yox, yeni revanşist müharibə başlatmaqdır. Bunun üçün də Paşinyan hakimiyyəti əlindən gələni edir. Ermənistan sürətlə silahlanır. Buna görə də, Paşinyanın son mətbuat konfransında “Azərbaycan prezidenti ilə görüşməyə hazıram” ifadəsinə siyasi populizm kimi baxmaq lazımdır”.

H.Babaoğlu deyir ki, Ermənistan bir tərəfdən özünü sülhpərvər siyasətçi kimi göstərməyə çalışır, görüşməyə hazır olduğunu deyir, digər tərəfdən isə müharibəyə hazırlaşır. Ona görə də, bu məsələyə Azərbaycanın reaksiyası adekvat olacaq. Azərbaycan bilir ki, Paşinyanın açıqlamaları ciddi açıqlama deyil. Belə bir görüş olacaqsa, bu görüşün altını dolduran bir məzmun olmalıdır. Konkret təkliflər və razılaşmalar olmalıdır ki, İlham Əliyev və Paşinyan sərhəddə görüşsün. Bunlar olmadığı halda, görüş gerçəkləşməyəcək:

“Sülhlə bağlı mümkün çərçivə sazişinin mətn mübadiləsi zamanı bəlli oldu ki, Ermənistan ümumiyyətlə 17 maddədən 4-nü çıxarıb. Bu isə o deməkdir ki, həmin 4 maddədə ciddi fikir ayrılıqları var. Belə olduğu halda İlham Əliyev ilə Paşinyanın sərhəddə və ya başqa yerdə görüşməsi mümkün deyil. Önümüzdəki mərhələdə Azərbaycan Paşinyanı daha ciddi və real addımlar atmağa vadar etmək üçün əlavə tədbirlər görməlidir”.

Mədinə Useynova

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax