Operativ Məlumat Mərkəzi

İlham Əliyev Şarl Mişellə görüşdü - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyev Şarl Mişellə görüşdü - YENİLƏNİB

Fevralın 17-də Münxendə Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, görüşdə Azərbaycanla arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və sülh prosesi ətrafında müzakirələr aparıldı.

İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd etdi.

Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirdi.

Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.

19:25 ***

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Xidməti məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax