Operativ Məlumat Mərkəzi

İlham Əliyev Qayana Prezidentini təbrik edib

2 dəq
Paylaş:
İlham Əliyev Qayana  Prezidentini təbrik edib

Respublikasının Prezidenti İlham Əliyev Qayana Respublikasının Prezidenti Məhəmməd İrfaan Əlini təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" təbrik məktubunu təqdim edir:

“Hörmətli cənab .

Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu il tarix – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Ötən dövr ərzində Azərbaycan ilə Qayana arasında formalaşmış dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratmışdır. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax