Əsas məzmuna keç

İlham Əliyev Putinlə telefonla danışdı

İlham Əliyev Putinlə telefonla danışdı

bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası...

Oktyabrın 24-də Federasiyasının Prezidenti Vladimir Putin Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin məlumat yayıb.

Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.

Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və vəziyyətə toxunulub.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…