Operativ Məlumat Mərkəzi

İlham Əliyev Malayziyanın Kralını təbrik edib

2 dəq
Paylaş:
İlham Əliyev Malayziyanın Kralını təbrik edib

İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda deyilir:

"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq və münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax