Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Dövlət dəstəyi sayəsində pambıq istehsalı 20 min tondan 360 min tona yüksəlib

2 dəq
Paylaş:
İlham Əliyev: Dövlət dəstəyi sayəsində pambıq istehsalı 20 min tondan 360 min tona yüksəlib

Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr müşavirədə deyib.

Prezident bildirib ki, dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir:

"Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər də verilir".

İlham Əliyev vurğulayıb ki, bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib:

"Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb.

Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olub".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax