Operativ Məlumat Mərkəzi

İlham Əliyev Çin və ABŞ-dən danışdı

2 dəq
Paylaş:
İlham Əliyev Çin və ABŞ-dən danışdı

Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın olması bütün ölkələrin xeyrinə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

bildirib ki, Çin və ABŞ rəhbərlərinin yenidən təmasda olması üçün yaxşı xəbər idi:

“Çin Sədri Sini daha yaxşı tanıyıram, onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir”.

İlham Əliyev vurğulayıb ki, müxtəlif məsələlərdə Çin və ABŞ arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq:

“Ona görə də biz həmin barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax