Operativ Məlumat Mərkəzi

İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO

2 dəq
Paylaş:
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO

Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Xalq Məsləhətinin Sədri Qurbanqulu ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəmizə səfəri məmnunluqla xatırlandı.

Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində rolu vurğulandı.

Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirildi, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsil və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığına toxunuldu.

və Türkmənistan Xalq Məsləhətinin Sədri əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax