Operativ Məlumat Mərkəzi

İki gün leysan olacaq - XƏBƏRDARLIQ

1 dəq
Paylaş:
İki gün leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın xarakterli , şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax