Operativ Məlumat Mərkəzi

İƏT-in Baş katibi İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
İƏT-in Baş katibi İlham Əliyevi təbrik edib

İqtisadi Təşkilatının (İƏT) Əsəd Məcid Xan İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə səmimi-qəlbdən təbriklərimi, Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana əsas üzv dövlət kimi verdiyi əhəmiyyəti bir daha təsdiqləyir, ölkənizin təşkilatın iqtisadi gündəliyinin təşviqinə əvəzsiz töhfələrini yüksək dəyərləndirirəm.

Bu kontekstdə, Sizin rəhbərliyinizlə Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, Sizin dəstəyinizlə Zirvə görüşü daha geniş regional inteqrasiya baxımından irəliyə doğru böyük bir addım olacaqdır.

Ortaq məqsədlərimizə nail olmaq üçün davamlı dəstəyinizə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax