Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev İran səfiri ilə regional məsələləri müzakirə edib

1 dəq
Paylaş:
Hikmət Hacıyev İran səfiri ilə regional məsələləri müzakirə edib

İranın Azərbaycandakı Seyid Abbas Musavi Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iranlı diplomat tviterdə yazıb.

“Azərbaycan və İran nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlayan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, - səfir bildirib.

Qeyd edək ki, aprelin 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında olub.

Müzakirələr zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax