Operativ Məlumat Mərkəzi

Hidayət Heydərovdan ilk açıqlama: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək

1 dəq
Paylaş:
Hidayət Heydərovdan ilk açıqlama: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək

Fransada hər kəs himnini üstə dinləyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının medalını qazanan cüdoçu deyib.

Azərbaycan yığmasının lideri bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:

“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.

Qeyd edək ki, H.Heydərov finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Report

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax