Operativ Məlumat Mərkəzi

HHQ-də buraxılış mərasimi keçirilib

1 dəq
Paylaş:
HHQ-də buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı ”nun mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsində bu cür kursların keçirilməsinin əhəmiyyətindən danışıb, kursu bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax