Operativ Məlumat Mərkəzi

Hər kəsin instaqramda “mavi işarə”si ola biləcək

2 dəq
Paylaş:
Hər kəsin instaqramda “mavi işarə”si ola biləcək

İnstaqramın premium abunəliyi haqqında yeni məlumatlar gəlib. İstifadəçilər təsdiq edilmiş nişanları alarkən tətbiqdaxili imtiyazlardan da faydalanacaqlar.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə “Meta Platorms” şirkətinin həmtəsisçisi Mark Zukenberq hesabında məlumat verib.

Qeyd edib ki, abunəliyin aylıq qiyməti “web” üzərindən 11,99 , “iOS” üzərindən 14,99 dollardan başlayır. Bu həftə Yeni Zellandiya və Avstraliyada tətbiq ediləcək daha sonra dünyanın bir çox ölkəsində işlək olacaq.

Ödənişli abunəlik üçün 18 yaşdan yuxarı olmaq, üzü göstərən şəkli ilə tam profil, dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi tələb olunur. Biznes profilləri hələki bu yenilikdən faydalana bilməyəcək. Yalnız instaqram hesablarına şamil olunan yenilik ehtimal ki gələcəkdə feysbuk üçün də mümkün olacaq.

Xatırladaq ki, Elon Maskın tivterə gəlişi ilə “mavi ”ni artıq ayda 8 dollar ödəməklə əldə etmək mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax