Operativ Məlumat Mərkəzi

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

1 dəq
Paylaş:
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Aprelin 7-də saat 01 radələrində rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, araşdırma zamanı 1996-cı il təvəllüdlü Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanaraq ibtidai istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax