Operativ Məlumat Mərkəzi

Haniyə son mənzilə yola salındı

2 dəq
Paylaş:
Haniyə son mənzilə yola salındı

Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Rza Aref və Türkiyənin naziri da iştirak ediblər.

Mərasimdə İslam ölkələrindən onlarla dövlət rəsmisinin iştirakı ilə əlaqədar tədbirləri xeyli gücləndirilib.

***

HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qətərdə son mənzilə yola salınır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə ərəb və İslam dünyasının bir çox liderləri iştirak edir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse- Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan və bir çox millət vəkilləri də dəfn mərasimində iştirak edənlər sırasındadırlar.

İranın dini lideri Əli Xamenei İmam Məhəmməd bin Əbdülvəhhab məscidində Haniyə üçün cənazə namazı qılıb.

İsmayıl Haniyə paytaxt Dohadan 15 kilometr şimalda yerləşən Lüseyl şəhərində dəfn ediləcək

Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax