Operativ Məlumat Mərkəzi

Hakan Fidan: “İsveçin NATO-ya problem yaratdığı görünür"

2 dəq
Paylaş:
Hakan Fidan: “İsveçin NATO-ya problem yaratdığı görünür"

“İsveç NATO-ya üzv olmaq istədiyi gündən əlavə güc deyil, problem yaradan bir ölkə kimi görünməsi bizi düşündürür”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin naziri İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsveçin strateji və baxımdan NATO-ya üzvlüyünün bir yük, yaxud fayda verəcəyi müzakirələr üçün açıqdır.

Nazir Stokholmda terrorçu qruplaşmanın aksiyalar keçirdiyi, pul toplaya bildiyi bir şəraitdə müsbət mənzərənin yaranmadığını qeyd edib: “Ancaq biz öz prinsiplərimizlə hərəkət edirik. İsveç öz öhdəliklərini yerinə yetirərsə, başqa alternativlər nəzərdən keçirilə bilər”.

H.Fidan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib da məsələləri diqqətlə izləyir. O, kabinetin iyulun 6-da keçiriləcək toplantısından sonra İsveçlə bağlı məsələyə baxacaqlarını da vurğulayıb.

Qeyd edək ki, İsveçdə bu günlərdə Quran-Kərim yandırılıb. Hökumət bu məsələyə fərdin azadlığı kimi yanaşaraq hadisəni törədəni cəzalandırmayıb. Bu da müsəlman ölkələrində kəskin etirazla qarşılanıb. Hadisə İsveçin NATO-ya üzvlüyü məsələsində ciddi problemlərdən bir olub.

Xatırladaq ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax