Operativ Məlumat Mərkəzi

Hacıqabul sakinindən avtomat, daraq və 30-a yaxın patron götürülüb

2 dəq
Paylaş:
Hacıqabul sakinindən avtomat, daraq və 30-a yaxın patron götürülüb

Qanunsuz silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Alxan Ağarəhimov saxlanılıb.

Onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı "AKS-74" markalı , həmin silaha aid daraq və 29 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri tərəfindən 1 ədəd avtomat, 200-ə yaxın patron, 9 ədəd UZRQM partladıcısı, eləcə də 2-si yivli olmaqla, 7 ədəd odlu silah könüllü olaraq polis şöbəsinə təhvil verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax