Əsas məzmuna keç

Göygöldə sel nəticəsində evləri su basıb

Göygöldə sel nəticəsində evləri su basıb

Göygöldə sel nəticəsində evləri su basıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat...

Göygöldə sel nəticəsində evləri su basıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə yağışlarla əlaqədar Göygöl rayonunun Ordubadi, , Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən suyun kənarlaşdırılması təmin edilib, zəruri tədbirləri həyata keçirilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…