Operativ Məlumat Mərkəzi

Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

1 dəq
Paylaş:
Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında mübahisə zamanı Vasif kəsici-deşici alətlə xəsarət qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax