Operativ Məlumat Mərkəzi

Kilian Mbappe Fransa Liqa-1 də yeni rekorda imza atıb

1 dəq
Paylaş:
Kilian Mbappe Fransa Liqa-1 də yeni rekorda imza atıb

PSJ klubunun futbolçusu Fransa 1-in tarixinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Opta Sports"a istinadən xəbər verir ki, 25 hücumçu çempionatda 150 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.

Mbappe buna XXIV turda "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Fransa millisinin üzvü 24 yaş iki aylıq olarkən bacarıb. Mbappe 1959-cu ildə 26 yaş iki ayında 150-ci qolunu vuran Jyust Fontenin rekordunu qırıb.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 28 oyuna çıxıb, 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax