Əsas məzmuna keç

Fransa polisi sinaqoqu yandırmağa cəhd edən şəxsi güllələyib

Fransa polisi sinaqoqu yandırmağa cəhd edən şəxsi güllələyib

bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. “Ruanda polis bu gün səhər tezdən şəhər...

Fransa polisi ölkənin şimalında Ruan şəhərində sinaqoqu yandırmağa cəhd edən şəxsi güllələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Ruanda bu gün səhər tezdən şəhər sinaqoqunu yandırmağı planlaşdıran silahlı şəxsi zərərsizləşdirib”, - o qeyd edib.

“Le Parisien” qəzetinin polisdəki mənbəyə istinadən verdiyi məlumata görə, həmin şəxs bıçaq və dəmirdən olan çubuqla silahlanmışdı. O, polislərə yaxınlaşmaq istəyəndə onlar silahdan atəş açıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…