Əsas məzmuna keç

"Formula 1": Avstraliya Qran Prisində azarkeş yaralanıb

"Formula 1": Avstraliya Qran Prisində azarkeş yaralanıb

Uill Svit adlı fanat bu barədə yerli radioya açıqlamasında bildirib. Svit "Haas" komandasının pilotu Kevin Maqnussenin qəzasından sonra bolidin...

"Formula 1" üzrə Prisində azarkeş yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Uill Svit adlı fanat bu barədə yerli radioya açıqlamasında bildirib.

Svit "Haas" komandasının Kevin Maqnussenin qəzasından sonra bolidin qalıqlarından birinin ona dəydiyini söyləyib.

Tərəfdar qolunun kəsildiyini də vurğulayıb: "Avtomobilin qalığı həmin an boynumu bağlayanda dəydi. Parça çox kəskin və böyük idi. Məni başqa bucaqdan vursaydı, nə olacağını təsəvvür etməkdən qorxuram".

Svit ardından müalicə üçün tibb məntəqəsinə gedib. Azarkeş hadisədən sonra heç bir yarış rəsmisinin onunla maraqlanmadığını sözlərinə əlavə edib.

Qeyd edək ki, "Red Bull" pilotu Maks Ferstappen yarışın qalibi olub. Mövsümün dördüncü yarışı Bakıda gerçəkləşəcək. Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…