Operativ Məlumat Mərkəzi

“Fəvvarələr” meydanındakı qanunsuz tikili sökülür - FOTO

2 dəq
Paylaş:
“Fəvvarələr” meydanındakı qanunsuz tikili sökülür - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Başı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Komitədən məlumat verilib.

Bildirilib ki, ərazidə “Fontana” restoranına bitişik sahədə əlavə artırma işlərinin aparılması ikinci belə haldır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.

“Əlavə edək ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, sözügedən problemlə bağlı ötən gün memar Elçin Əliyev hesabında paylaşım etmişdi. Daha əvvəl də restoran rəhbərliyinin oxşar addım atdığını qeyd edən memar həmin qanunsuz tikili ilə piyadaların hərəkəti üçün çətinlik yarandığını bildirmişdi.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax