Operativ Məlumat Mərkəzi

Fernandu Santuş: Bu gün Estoniya millisinin qapıçısı çox yaxşı mübarizə apardı

2 dəq
Paylaş:
Fernandu Santuş: Bu gün Estoniya millisinin qapıçısı çox yaxşı mübarizə apardı

"Bu gün millisinin qapıçısı çox yaxşı mübarizə apardı".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri milli komandasının Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya yığması ilə qolsuz heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, ilk 20 dəqiqənin bərabər səviyyədə keçdiyini bildirib: "Bundan sonra isə bütün bizdə oldu. Futbolçularım əllərindən gələni etdilər. Təəssüf ki, lazım olan qolu vura bilmədik. Buna görə məyusuq. Rəqibin də haqqını yemək olmaz, çünki müdafiədə etibarlı oynadılar. Gələcəkdə yaxşı komanda quracağımıza çox inanıram, hazırkı vəziyyət olmasa da, oyunçularıma güvənirəm".

Mütəxəssis Renat Dadaşov və Mahir Emrelinin zədəli olmasının komandanın hücum mövqeyinə təsir etdiyini söyləyib: "Hər iki oyunçu Azərbaycan millisi üçün önəmli simalardır. Bu gün Ramil Şeydayev və Nəriman Axundzadə də yaxşı mübarizə apardılar. Hücumçu qol vurarsa, ona gələcək matçlarda müsbət mənada təsir göstərəcək".

Qeyd edək ki, Azərbaycan millisi qrupda son görüşünü noyabrın 19-da səfərdə İsveç seçməsinə qarşı keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax