Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 08.04.2023

2 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 08.04.2023

Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Tovuz, Gəncə, Şəmkir, Ceyrançöl, İsmayıllı, Oğuz, Balakən, Zaqatala, , Mingəçevir, Xınalıq, Ləzə, , Qax, Qrız, Yevlaxda arabir yağış, Şahdağda isə qar yağıb.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif "Operativ Məlumat Mərkəzi-OMM" -ə bildirib ki, yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq bir qədər artıb.

"Avtomat hidroloji stansiyalardan əldə olunan məlumata əsasən, bu gün Böyük ərazisindən axan Katexçay-Qəbizdərə məntəqəsində suyun səviyyəsində 11 sm, Qudiyalçay-Qımıl, Vəlvələçay-Afurca və Qaraçay-Rük məntəqələrində 1 sm, Kiçik Qafqaz ərazisindən axan -Əsrikcırdaxan məntəqəsində 2 sm, Kür çayının Qıraqkəsəmən və Qabırrı çayının Kəsəmən məntəqələrində isə 1 sm artım müşahidə olunub".

A.Verdiyev qeyd edib ki, aprelin 8-i axşam saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, 9-u gün ərzində ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Təbiətsevərləri istirahət günlərində ölkənin milli parklarını ziyarət etməyə və baharın gözəlliyindən, təravətindən zövq almağa dəvət edirik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax