Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 02.06.2023

2 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 02.06.2023

İyunun 2-si saat 09:00-a olan məlumatına əsasən iyunun 1-də gün ərzində yağan gecəyə doğru tədricən kəsilib. Hazırda ölkə ərazisində , əsasən yağmursuzdur.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" verilən məlumata görə, cənub-şərq küləyi əsir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu Bakıda və yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb: "İyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax