Əsas məzmuna keç

Faktiki hava açıqlanıb - bəzi rayonlarda leysan yağıb

Faktiki hava açıqlanıb - bəzi rayonlarda leysan yağıb

Azərbaycanda müşahidə olunan faktiki açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-i saat 20.00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Şəmkir, Göygöl, Naftalan, , Qusar, Quba, Xaçmaz, , Xaltan, Şahdağ, Mingəçevir, Sabirabad, İmişli, Zərdab, Ağdam, Balakən, Zaqatala, Şəki, Şamaxı, Tərtər, Yevlax, Qax, Goranboyda şimşək çaxıb, arabir xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində saat 15:13 radələrində Goranboy rayonunun Böylü qəsəbəsindən sel keçib. Saat 15:10 radələrində Ağdam rayonunun Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm olan dolu düşüb.

Qərb küləyi arabir Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22 m/s, Göyçayda 22 m/s, Şəmkirdə 18 m/s, Sabirabadda 17 m/s, Göygöldə 16 m/s, Bakıda və yarımadasında 22 m/s-dək güclənib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…