Operativ Məlumat Mərkəzi

ETN mediatur təşkil etdi - FOTOLAR

2 dəq
Paylaş:
ETN mediatur təşkil etdi - FOTOLAR

Mayın 1-də Fənn Olimpiadalarının (RFO) biologiya üzrə praktiki turuna mediatur olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, infoturda Elm və Təhsil Nazirliyinin rəsmiləri, Təhsil İnstitutunun rəhbərliyi, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, , biologiya, informatika, dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə səkkiz fənn üzrə təşkil olunur.

İnformatika fənni üzrə final mərhələ bu il ilk dəfə olaraq iki gün — aprelin 25-i və 26-sı tarixlərində keçirilib. Aşağı yaş qrupu üzrə 107, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirak edib.

Fizika və kimya fənləri üzrə final mərhələ aprelin 28-də baş tutub. Bu mərhələdə fizika fənni üzrə 121, kimya fənni üzrə isə 120 nəfər olmaqla ümumilikdə 241 şagird iştirak edib.
Aprelin 29-da isə fizika fənni üzrə praktiki tur keçirilib.

Azərbaycan dili və ədəbiyyatı, eləcə də coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsinin mayın 2-də, riyaziyyat fənni üzrə isə mayın 5-6-da keçirilməsi nəzərdə tutulur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax