Operativ Məlumat Mərkəzi

Ermənistana gedən Xankəndi sakini danışdı: “Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzulayıram”

2 dəq
Paylaş:
Ermənistana gedən Xankəndi sakini danışdı: “Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzulayıram”

“Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzu edirəm”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Samvel Laçında Ermənistana yola düşməmişdən qabaq jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanlılarla bir yaşamaq niyə mümkün deyil ki? Əlbəttə ki, mümkündür! yüzlərlə azərbaycanlı var idi. Biz birlikdə ”, - o, iki xalqın bir yerdə yaşamasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, hələ sovet illərində Bakıda tamaşada iştirak edib:

“Azərbaycandan olan sənətçi dostlarımla görüşməyi çox istərdim. Aftandil İsrafilov (mərhum qarmon ifaçısı, Azərbaycanın Xalq artisti) mənim yaxın dostum idi. O, Zeynəb Xanlarova və ansamblı ilə Xankəndidə konsertdə olub. Azərbaycanlılarla çox sıx münasibətlərim var idi”.

O əlavə edib ki, A.İsrafilov onun İrəvan və Xankəndidəki evlərində olub.

S.Yevriyan Qarabağda yaşamadığını, burada işlədiyini, buraya ildə bir neçə dəfə fasilələrlə gəlib-getdiyini və buranı öz arzusu ilə tərk etdiyini vurğulayıb.

Report

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax