Əsas məzmuna keç

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir

bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il...

“KTMT-nin 2024-cü il büdcəsi haqqında” imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Ermənistan KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, - qurumdan bildirilib.

Eyni zamanda XİN-dən vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına əsasən, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır.

Daha əvvəl Rusiya nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər haqqının ödəməyəcəyi təqdirdə KTMT-yə üzv dövlətlərin vəziyyətin inkişafı üzrə müxtəlif ssenarilər nəzərdən keçirə biləcəyini bəyan etmişdi.

Xatırladaq ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. Buna baxmayaraq, KTMT nümayəndələri 2025-ci il üçün ianə məbləğinin yenə də hesablanacağını bildiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…