Əsas məzmuna keç

Paşinyan Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib

Paşinyan Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib

bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib. Onun sözlərinə görə, bu il avqustun 8-də...

Bu il avqustun 30-da Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar: "Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik".

O xatırladıb ki, təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…