Operativ Məlumat Mərkəzi

Ermənistan barışıq çağırışlarına cavab vermir

2 dəq
Paylaş:
Ermənistan barışıq çağırışlarına cavab vermir

" hələ də barışıq çağırışlarımıza cavab verməyib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər İcmasının Ümumdünya Günü ilə bağlı yaydığı bəyanatda əksini tapıb.

İcma qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğunu açıqlayıb: "Bununla bərabər, qayıdış prosesi və qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarımızın təmin olunmasına müvafiq mexanizm çərçivəsində təmin edilməli olduğunu vurğulamaq istərdik".

Bildirilib ki, Qərbi İcmasının davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də icmanın barışıq çağırışlarına cavab verməyib: "Ermənistan tərəfinin məzmunlu dialoqda iştirak etməkdən yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur.

Beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarına edilən vurğunun artması və Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə sarsılmaz qayıtmaq istəyi İcmanın qayıdış hüququ istiqamətində səylərini artırmağa ruhlandırır.

Eyni zamanda qeyd etməliyik ki, insan hüquqlarına əsaslanan sözügedən məramımızın həyata keçirilməsi böyük ölçüdə beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyindən asılıdır. Biz qayıdış hüququmuza dövlətlər və təşkilatlar tərəfindən verilən dəstəyi yüksək qiymətləndiririk".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax