Operativ Məlumat Mərkəzi

Erməniəsilli rejissorun filmi “Oskar”a təqdim olunmadı

2 dəq
Paylaş:
Erməniəsilli rejissorun filmi “Oskar”a təqdim olunmadı

Sentyabrda əsilli İordaniyalı rejissor Sarin Hayrapetyanın “Mənim şirin torpağım” adlı filminin “ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmək üçün seçilməsinə baxmayaraq, filmin ölkəmizin bütövlüyü və suverenliyinə qarşı olduğu nəzərə alınaraq, tərəfinin narahatlığı dərhal İordaniya tərəfinə çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadənin İordaniya tərəfinin erməni əsilli rejissorun Azərbaycan əleyhinə çəkdiyi filmi “Oskar” nominasiyasından geri götürməsi ilə bağlı medianın sualına cavabında bildirib.

"Erməni tərəfinin iddiasının əksinə, burada hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Məhz İordaniya Kral Film Komissiyasının müstəqil şəkildə qəbul etdiyi qərar nəticəsində film sonda “Oskar” mükafatına təqdim edilməyib və İordaniyada filmin nümayişi dayandırılıb. İordaniya tərəfinin bu qərarını alqışlayırıq", - A.Hacızadə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax