Operativ Məlumat Mərkəzi

Ərdoğan ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana yola düşüb

2 dəq
Paylaş:
Ərdoğan ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana yola düşüb

Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edəcək. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Qeyd edək ki, sammitdə 16 müxtəlif ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. “Çoxtərəfli dialoqun gücləndirilməsi: davamlı sülh və inkişaf üçün səy göstərmək” adı ilə keçiriləcək tədbirin əsas mövzusu problemlərin həllində ŞƏT-in rolunun artırılmasıdır.

Zirvə görüşündə regional , , enerji və logistika mövzularının də müzakirə olunacağı gözlənilir. Liderlərin beynəlxalq ticarət və iqtisadiyyata fokuslanacağı bildirilib.

Zirvə görüşünün sonunda təşkilata sədrlik Qazaxıstandan Çinə gedəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax