Operativ Məlumat Mərkəzi

Ərdoğan Rusiya və Ukraynanı danışıqlara qayıtmağa çağırıb

1 dəq
Paylaş:
Ərdoğan Rusiya və Ukraynanı danışıqlara qayıtmağa çağırıb

prezidenti Tayyib Ankaranın Ukraynadakı vəziyyəti diqqətlə izlədiyini bildirib və tərəfləri danışıqlara qayıtmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Prezidentlikdən verilən açıqlamada, Ərdoğan ilə Braziliya prezidenti Luiz İnasio Lula da Silva arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı, qlobal və regional mövzuların da müzakirə edildiyi bildirilib.

Ərdoğan Braziliyanın İsrailin Fələstin ərazilərindəki hərəkətləri ilə bağlı mövqeyini təqdir etdiyini, həmçinin atəşkəs və bölgəyə humanitar yardımın göstərilməsinin zəruriliyindən danışıb.

Türkiyə prezidenti onu da vurğulayıb ki, Ankara Moskva və Kiyevi hüquqlara və qanunlara əsaslanan ədalətli dünya qurmaq üçün səy göstərməyə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax