Operativ Məlumat Mərkəzi

Ərdoğan Misir Prezidentini Türkiyəyə dəvət edib

2 dəq
Paylaş:
Ərdoğan Misir Prezidentini Türkiyəyə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Misirin Sisini ölkəsinə dəvət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistanda keçirilən G20 sammitindən qayıdan R.T.Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Hindistanda Sisi ilə görüş kifayət qədər səmərəli keçib: “ nazirlərimiz, kəşfiyyat idarələrinin rəhbərləri müzakirələr aparacaqlar. Həmkarım məni Misirə dəvət etdi. Mən də dedim ki, sizi Türkiyədə gözləyirik. Amma hələ dəqiq tarix yoxdur. Söhbət zamanı misirli həmkarıma dedim ki, səfirin etimadnaməsini yaxın vaxtda qəbul edəcəm”.

Ərdoğan söyləyib ki, 2 dövlət arasında lazımi səviyyəyə qaldırılacaq: “Hər iki ölkə iqtisadiyyat və ticarət sahəsində böyük imkanlara malikdir. Ticarət həcmimizi 2 qat artırmaq üçün çalışırıq. Əlaqələrimizin əvvəlkindən daha yaxşı olması regionun da xeyrinədir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax