Operativ Məlumat Mərkəzi

Əli Nağıyev ATƏT-ə çağırış edib

2 dəq
Paylaş:
Əli Nağıyev ATƏT-ə çağırış edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün göstərməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə o, noyabrın 14-də ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd edib.

Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax